XXX London Yay Olimpiya Oyunları davam edir
Bakı, 10 avqust (AZƏRTAC). Avqustun 10-da - XXX London Yay Olimpiya Oyunlarının 14-cü yarış günündə Azərbaycanın yeddi idmançısı mübarizə aparacaqdır.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdən mübarizəyə qoşulacaq sərbəst güləşçimiz Əşrəf Əliyevin (74 kq) ilk rəqibi yaponiyalı Soxsuke Takatani olacaqdır. Güləş yarışlarına Bakı vaxtı ilə saat 17:00-da start veriləcəkdir.
Taekvandoçumuz Ramin Əzizov (80 kq) ABŞ idmançısı Stiven Lopeslə, Fəridə Əzizova (67 kq) isə kanadalı Karin Serjeri ilə qarşılaşacaqlar. R.Əzizov mübarizəyə 13:15-də, F.Əzizova isə 16:30-da qoşulacaqlar.
Kanoeçimiz Valentin Demyanenko bir nəfərlik qayıqla 200 metr məsafəyə təsnifat yürüşündə iştirak edəcəkdir. Təsnifat yürüşünə saat 13:51-də start veriləcəkdir.
Saat 15:00-dan bədii gimnastımız Aliyə Qarayeva çoxnövçülük yarışlarının ikinci təsnifat mərhələsində mübarizə aparacaqdır.
Boksçumuz Teymur Məmmədov (91 kq) italiyalı Klemente Russo (saat - 19:45), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) isə İtaliya idmançısı Reborto Kammarelle (saat - 02:30) ilə üz-üzə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [18:52]
Premyer Liqa: Autsayderlərin duelindən “Qəbələ” qalib ayrılıb
- 15.05.2026 [17:40]
Rafael Fiziyev: Hər zaman zirvəni düşünmüşəm və bunun üçün çalışıram
- 15.05.2026 [16:13]
UFC-də debüt edəcək döyüşçü: Məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir
- 15.05.2026 [15:58]
Bakıda bürünc medal qazanan gimnast: Mənim üçün yaxşı təcrübə oldu
- 15.05.2026 [15:53]