YASİR ƏRƏFAT ÖZÜNÜ YAXŞI HİSS EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının Fransadakı nümayəndəliyinin rəhbəri Leyla Şahid oktyabrın 31-də Fələstin liderinin müayinə edildiyi Paris yaxınlığındakı Persi de Klamart hərbi xəstəxanasının qarşısında yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında məlumat vermişdir ki, Yasir Ərəfatda qorxulu xəstəliklərin əlamətləri aşkar edilməmişdir, o, özünü yaxşı hiss edir, həkimlər onun vəziyyətinin sabit olmasını yaxşı hal kimi qiymətləndirirlər. Dünyanın bir çox dövlətlərinin başçıları Yasir Ərəfatın sağlamlıq durumu ilə müntəzəm olaraq maraqlanırlar.
Leyla Şahid Fələstin liderini müayinə edən fransız həkimlərinin noyabrın 3-də onun vəziyyəti barədə ətraflı məlumat verəcəklərini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]