YEVLAXDA ZƏRİFƏ ƏLİYEVA ADINA PARK SALINIR
Yevlax şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə park salınır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ayrılmış ərazi yaşıllaşdırılır, burada müvafiq tikinti işləri aparılır.
Xatırladaq ki, son vaxtlar şəhərdə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan park, Dədə Qorqud, Səməd Vurğun adına parklar və uşaq əyləncə mərkəzi istifadəyə verilmişdir. Nizami Gəncəvi adına parkda isə son tamamlama işləri görülür.