YOXSULLUĞUN AZALDILMASINDA YERLİ QHT-LƏRİN İŞTİRAKI İLƏ BAĞLI SEMİNARLAR KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumundan AZƏRTAC-a bildirmişlər ki, yoxsulluğun azaldılması üzrə dövlət proqramında yerli QHT-lərin iştirakının genişləndirilməsinə yardım məqsədilə Qazax, Tovuz və Ağstafa rayonlarında seminarlar keçirilmişdir.
Tədbirlərdə yerli QHT-lər, bələdiyyə və ictimaiyyət nümayəndələrinə proqramın məqsəd və vəzifələri, mikrokreditlərin verilməsi, məşğulluğun təmin edilməsi və gələcəkdə nəzərdə tutulan tədbirlər planı barədə məlumat verilmişdir.
Bu cür tədbirlər əvvəllər Oğuz, Qax, Zaqatala, Balakən, Şəmkir və Gədəbəydə də keçirilmişdi.