“Yuventus” klubu yeni rekorda imza atıb
Bakı, 20 yanvar, AZƏRTAC
“Yuventus” klubu İtaliya kuboku yarışının dörddəbir final mərhələsinə yüksəlməklə yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, Turin klubu buna səkkizdəbir finalda “Monza” üzərində 2:1 hesablı qələbə qazanmaqla nail olub.
Ardıcıl 16-cı dəfə ölkə kuboku yarışında dörddəbir finala adlayan komanda bu baxımdan turnirin rekordçusudur. “Yuventus” sonuncu dəfə 2006/2007-ci il mövsümündə, İtaliya B seriyasında çıxış edərkən kubok yarışında səkkizdəbir final səddini aşa bilməyib.
Qeyd edək ki, “Yuventus” dörddəbir finalda “Latsio” ilə qarşılaşacaq. Oyun fevralın 1-də Romada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]