Zəruri qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görülüb
Bakı, 5 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunması üzrə nəzarət tədbirləri davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 4-də keçirilmiş monitorinqlər zamanı Xəzər rayonunda Afət Paşayevaya məxsus “Hədiyyələr mağazası”nda, Yasamal rayonunda "Buta Farm" MMC-yə məxsus aptekdə, Səbail rayonunda "Zeytun Pharmaceuticals" MMC-yə məxsus aptekdə, Binəqədi rayonunda Mirəsgər Mehdizadəyə məxsus aptekdə, Hənifə Mikayılova məxsus tikinti materialları mağazasında, Nəsimi rayonunda Cavidan Heybətzadəyə məxsus “Dönər evi”ndə, "Grand-Mart” MMC-yə məxsus “Market FR5”də, Rafiq İsmayılova məxsus ərzaq mağazasında, Qaradağ rayonunda Elnur Şirinova, Rövşən Mehdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda "ANC Group" MMC-yə məxsus ticarət obyektində, Nərimanov rayonunda Tural Əlizadəyə, Musa Məmmədzadəyə məxsus mağazalarda, ümumilikdə, 13 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.