“Zirə” - “Radniçki” matçında hesab açılmayıb
Bakı, 17 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışını yekunlaşdıran Bakının “Zirə” klubu bu gün ikinci yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisinin ikinci matçda rəqibi Serbiya Super Liqa təmsilçisi “Radniçki" olub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.
Günün ilk matçında “Zirə” Macarıstanın İkinci Liqasında mübarizə aparan “Szeged-Csanad” komandası ilə qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib - 3:2.
Antalya toplanışını tamamlayan Bakı klubu sabah Vətənə qayıdacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]