11 yanvar – Dünya Qoruqlar və Milli Parklar günüdür
Bakı, 11 yanvar, AZƏRTAC
11 yanvar - Dünya Qoruqlar və Milli Parklar günüdür.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, hazırda Azərbaycanda 890 min hektaradək xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən 8 milli park, 12 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur.
Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir. Azərbaycanda milli park və qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir.
Bununla yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir. Digər tərəfdən mövcud qoruqların əraziləri də genişləndirilir. Ümumiyyətlə isə bu qoruqlar, sayı azalmaqda olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Burda alimlər bitki və heyvanlar üzərində müşahidə aparır, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün yollar axtarırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]