REGİONLAR
Niderlandın Oisterjivk şəhərinin meri: Xalqlarımız arasında dostluğa, qarşılıqlı əməkdaşlığa böyük ehtiyac var VİDEO
Zaqatala, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatalalı Məmməd Məmmədov hər iki dövlətin – həm Niderlandın, həm də Azərbaycanın fəxridir. Bu gün onun doğulduğu kənddə olmağımızdan çox məmnunuq. Sevinirik ki, kənddə onun adına muzey açılıb və biz bu mərasimdə iştirak edirik.
Bu sözləri Niderlandın Oistervijk şəhərinin meri Hans Janssen Zaqatala rayonunun Muğanlı kəndində keçirilən tədbirdə jurnalistlərə müsahibəsində söyləyib.
Xalqlarımız arasında dostluğa, qarşılıqlı əməkdaşlığa böyük ehtiyac olduğunu vurğulayan Oistervijk şəhərinin meri deyib: “Ümid edirəm ki, şəhərlərimiz arasında əlaqələr daim inkişaf edəcək və biz bu istiqamətdə fəaliyyətimizi daha da irəliyə aparacağıq”.