Zaur Əliyev: Xəstəxanaların ehtiyaclarına uyğun əsas dərman vasitələrinin siyahısının genişləndirilməsi nəzərdə tutulur VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
İcbari tibbi sığortanın tətbiq olunduğu 23 şəhər və rayonda tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təchizatının yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb. Dərman vasitələrinin çeşid sayı 126-dan 334-ə, tibbi sərflərin çeşid sayı isə 116-dan 296-ya çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı fevralın 4-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2021-ci il üçün xəstəxanaların ehtiyaclarına uyğun əsas dərman vasitələrinin siyahısının genişləndirilməsi də nəzərdə tutulur.