31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI ERMƏNİ VƏHŞİLİYİNİN DAHA BİR NÜMUNƏSİDİR
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Muzey Mərkəzinin sərgi qalereyasında 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi açılmışdır.
Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirmişdir ki, 1918-ci il martın 31-i Azərbaycan xalqının tarixinə qanlı hadisələrdən biri kimi daxil olmuşdur. Erməni daşnak ordusu və bolşeviklərin silahlı cəza dəstələri Bakıda və ölkənin bölgələrində dinc əhaliyə divan tutmuş, xalqımıza qarşı əsl soyqırımı törətmişlər. Bu tarix digər sənətkarlarımız kimi, rəssamlarımızın da əsərlərində yaşayır.
S.Məmmədəliyeva bu ilin yanvarında Azərbaycan rəssamlarının 20 Yanvar faciəsi, Xocalı və 31 mart soyqırımlarına həsr olunmuş əsərlərinin toplanması ilə bağlı nazirlik tərəfindən ilk dəfə olaraq xüsusi elan verildiyini diqqətə çatdırmışdır.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov zaman-zaman xalqımızın başına gətirilən bəlaların rəssamlarımızın yaradıcılığında dərin iz buraxmasından, əsərlərin ümumi ruhunda kədərli motivlər, qara və tünd rənglər üstünlük təşkil etsə də, xalqımızın və ölkəmizin işıqlı sabahına ümid və inamın ifadə olunmasından danışmışdır.
Ümumilikdə 90-dan artıq müəllifin müxtəlif üslublu 100-dən çox əsərinin nümayiş olunduğu sərgi aprelin 5-dək davam edəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]