31 MART SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da “XXI Əsrin Qadınları” İctimai Birliyinin təşəbbüsü ilə 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Ukrayna və İtaliyanın Azərbaycandakı səfirliklərinin əməkdaşları, ölkədə fəaliyyət göstərən bir neçə ictimai birliyin rəhbərləri, tələbələr və şagirdlər iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra soyqırımının dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir.
“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirmişdir ki, məqsəd xalqımızın tarixində ən dəhşətli faciələrdən biri olan soyqırımın gənc nəslin yaddaşında möhkəm iz salmasına nail olmaqdır.
Digər çıxışlarda da azərbaycanlıların soyqırımının tarixindən danışılmış, 1918-ci ildə ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan və digər bölgələrdə törədilmiş vəhşiliklər zamanı minlərlə azərbaycanlının öldürüldüyü, on minlərlə insanın evlərindən didərgin düşdüyü bildirilmişdir.
Sonda 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı dünya ictimaiyyətinə bəyanat səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]