Gəncədə gənclər arasında intellektual bilik yarışı keçirilib
Gəncə, 30 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər Evi və Gəncə İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən yarış 2 Fevral - Gənclər Gününə həsr olunub.
Yarışda Gəncə ilə yanaşı, Mingəçevirdən olan gənclərdən ibarət komandalar iştirak edib. Hər komandada 6 nəfər olmaqla, 10 komandanın qatıldığı yarış 2 turdan ibarət olub. Gənclərə hər turda 18 sual verilib və 30 saniyə ərzində cavablandırılıb. Yarışda qalib komandaya kubok, digər yerləri tutan qaliblərə diplomlar, hər iştirakçı komandanın üzvlərinə isə sertifikatlar verilib.