Mədəniyyət evi muğam ustadı Ağaxan Abdullayevə həsr olunan videoçarx təqdim edib
Bakı, 9 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kürdəxanı qəsəbə Mədəniyyət evi Azərbaycanın xanəndəsi, Xalq artisti, muğam ustadı Ağaxan Abdullayevin doğum günü münasibətilə "Mədəniyyətin əzəmətli muğam ustası" adlı videoçarx təqdim edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda sənətkarın həyat və yaradıcılığından bəhs olunub.
Qeyd edilib ki, 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olan Ağaxan Abdullayev 1958-1968-ci illərdə 84 saylı orta məktəbdə təhsil alıb. 1969-1973-cü illərdə A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.
Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [13:35]
Yaşar Zeynalov: Attestasiya 9 region üzrə mərhələli şəkildə keçiriləcək
- 05.02.2026 [12:47]
Ekspert Şurasının növbəti iclası keçirilib
- 05.02.2026 [12:20]
Mərcan gözlü Batabatın qış nağılı VİDEO
- 05.02.2026 [12:00]