"Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda seminar keçirilmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). Gədəbəydə İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün "Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda seminar keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı", kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması və s. barədə iştirakçılara məlumat verilmişdir.
Seminarda "Biznes-planların və investisiya layihələrinin hazırlanması", "Marketinq" və "Menecment" mövzularında təqdimatlar da keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]