Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dezinfeksiya işləri aparılıb
Ağcabədi, 6 fevral, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzdə növbəti dəfə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri mərkəzin bütün otaqlarını və ekspozisiya zalını əhatə edib.
Dezinfeksiya işləri həftədə bir dəfə olmaqla növbəti həftələrdə də davam etdiriləcək.