Ağstafa rayonunda ənənəvi şənbə iməciliyi
Ağstafa, 16 avqust (AZƏRTAC). Hər həftənin şənbə günləri olduğu kimi, avqustun 16-da da Ağstafa rayonunda təmizlik və səliqə-sahman işləri görülüb.
AZƏRTAC xəbər verir ki, iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər.
Ağstafa şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə xüsusi qulluq göstərilib, yol kənarları kol-kosdan təmizlənib.
Bundan əlavə, Bakı-Qazax avtomobil yolu və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca səliqə-sahman işləri həyata keçirilib.
İməcilik zamanı qəsəbə və kəndlərdə yollar və suvarma arxları məişət tullantılarından təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]