Almaniyanın Regensburq şəhərinin küçələrində Xocalı faciəsi ilə əlaqədar aksiya keçirilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). “XXI Əsrin Qadınları” İctimai Birliyi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Almaniyanın Regensburq şəhərinin Albertştrt küçəsindən başlayaraq 9 mərkəzi küçədə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar etiraz aksiyası təşkil etmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirilmişdir ki, aksiya zamanı yerli sakinlərə ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlər haqqında məlumat verilmişdir. Aksiya iştirakçıları “Uşaq öldürənlər cəzasız qalıb”, “Dünya ictimaiyyəti bu ədalətsizliyə hələ də dözür” kimi şüarlar səsləndirmişlər.
Bundan başqa, Almaniyanın bir neçə şəhərində Xocalı faciəsini əks etdirən şəkillərdən ibarət sərgilər də təşkil olunmuşdur.
Sərgilərə baxanlar arasında bu şəhərlərdə yaşayan ermənilər də olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]