Altı ayda Şəkidə əhalinin sayı 391 nəfər artıb
Şəki, 28 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin birinci yarısında Şəkidə əhalinin sayı 391 nəfər artaraq iyulun 1-i vəziyyətinə 188 min 478 nəfərə çatıb. Onlardan 68 min 301 nəfəri Turan və Çələbixan qəsəbələri də daxil olmaqla şəhər, 120 min 177 nəfəri isə kənd əhalisidir. Əhalinin 50 faizini kişilər, 50 faizini isə qadınlar təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov məlumat verib.
İdarə rəisi bildirib ki, bu ilin yanvar-iyun aylarında Şəki rayonunda 986 uşaq dünyaya gəlib. Onların 551 nəfəri şəhər, 435 nəfəri isə kənd əhalisinin payına düşür. Altı ayda 651 ölüm halı qeydə alınıb. Cari ilin birinci yarısında Qeydiyyat şöbəsi tərəfindən Şəkidə 264 nikah və 109 boşanma halı rəsmiləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:55]
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub
- 05.10.2026 [15:40]
Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir
- 05.10.2026 [15:31]
Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [15:18]
Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb
- 05.10.2026 [14:27]