Aprelin 11-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 9-14° isti, gündüz 23-28° isti olacaqdır.
Bakıda gecə 10-12° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-90 faiz, gündüz 65-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 7-12° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gecə və axşam qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 11-16° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-12° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.