Aprelin 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaqdır.
Temperatur gecə 5-8° isti, gündüz 17-22° isti olacaqdır.
Bakıda gecə 6-8° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaqdır.
Azərbaycanın rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 14-19° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 5-10° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 5-10° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 13-18° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.