“Avro-2024”ün seçmə mərhələsində 9-cu turun növbəti oyunları keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
“Avro-2024”ün seçmə mərhələsində 9-cu turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, C, E və H qruplarında keçirilən 7 görüşdə aşağıdakı nəticələr qeydə alınıb.
Artıq final mərhələsinə vəsiqəni rəsmiləşdirmiş İngiltərə Maltanı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. İtaliya isə Şimali Makedoniyanı 5:2 hesabı ilə məğlub edib.
E qrupunun lideri Albaniya Moldova ilə 1:1 hesablı bərabərə qalıb və 14 xalla “Avro-2024” ə vəsiqə qazanıb. H qrupunda isə Danimarka Sloveniyaya 2:1 hesabı ilə qalib gələrək “Avro-2024” də iştirak hüququ əldə edib.
“Avro-2024”
Seçmə mərhələ, 9-cu tur
17 noyabr
C qrupu
İngiltərə - Malta - 2:0
Qollar: Pepe, 8-avtoqol, Keyn, 75.
İtaliya - Şimali Makedoniya - 5:2
Qollar: Darmian, 17, Kieza, 41, 45+3, Raspadori, 81, Əl Şaaravi, 90+4 - Atanasov, 52, 74
Xal: İngiltərə - 19, Ukrayna - 13, İtaliya - 13, Şimali Makedoniya - 7, Malta - 0.
E qrupu
Moldova - Albaniya - 1:1
Qollar: Baboqlo, 87 - Çikalleşi, 25
Polşa - Çexiya - 1:1
Qollar: Piotrovski, 38 - Souçek, 49
Xal: Albaniya - 14, Çexiya - 12, Polşa - 11, Moldova - 10, Farer adaları - 1.
H qrupu
Qazaxıstan - San Marino - 3:1
Qollar: Çesnokov, 19, 51, Aymbetov, 90+2-pen. - Frankiosi, 60
Finlandiya - Şimali İrlandiya - 4:0
Qollar: Pojanpalo, 42, Hakans, 48, Pukki, 74, Lod, 88
Danimarka - Sloveniya - 2:1
Qollar: Yoakim, 26, Delaney, 54 - Yanza, 30
Xal: Danimarka - 22, Sloveniya - 19, Qazaxıstan - 18, Finlandiya - 15, Şimali İrlandiya - 6, San Marino - 0.