Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala yüksəlib
Bakı, 18 noyabr, AZƏRTAC
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında finalçılar bəlli olub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarımfinal döyüşlərinin nəticəsinə əsasən Azərbaycan millisinin 2 idmançısı həlledici görüşə vəsiqə əldə edib.
Nicat Hüseynov (51 kiloqram) yarımfinalda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirib. Görüş Avropa çempionumuzun 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesablı qələbəsi ilə yekunlaşıb. O, bununla ardıcıl olaraq ikinci dəfə qitə birinciliyində finala yüksəlib.
N. Hüseynovun uğurunu 57 kiloqram çəkidə Əzrək Bəbirov da təkrarlayıb. Boksçu finala gedən yolda Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gəlib və rəqibini məğlub edib - 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).
Millinin 3 boksçusu isə bürünc medalını rəsmiləşdirib. Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) Avropa çempionatını 3-cü pillədə başa vurublar.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycandailk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]