Azərbaycan beynəlxalq turizm sərgisində təmsil olunacaqdır
Bakı, 2 sentyabr (AZƏRTAC). Gələn il martın 6-dan 10-dək Berlində “İTB Berlin - 2013” Beynəlxalq turizm sərgisi keçiriləcəkdir. Sərgidə Azərbaycan Berlində “Konqres və Mədəniyyət” tərəfdaşı kimi çıxış edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə sərginin təşkilat komitəsinin nümayəndələri Bakıda səfərdədirlər.
Səfər çərçivəsində qonaqlar mədəniyyət və turizm naziri Ə.Qarayev ilə görüşmüşlər.
Artıq doqquz ildir ki, Azərbaycan “İTB Berlin” Beynəlxalq turizm sərgisində təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]