Azərbaycan ekoturizmin inkişafına həsr edilmiş beynəlxalq konfransda təmsil olunacaqdır
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 16-dan 22-dək Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə ekoturizmin inkişafı" mövzusunda Beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir çərçivəsində ekoturizm üzrə ümumi və praktiki araşdırmalar, xidmətlər və infrastruktur, beynəlxalq təcrübə və ekoturizm fəaliyyətinin planlaşdırılması mövzuları üzrə fikir mübadiləsi aparılacaqdır.
Konfransda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Cəmil Kəlbəliyev təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]