Azərbaycan gəncləri ətraf mühitin qorunmasında Avropa ölkələrinin təcrübəsini öyrənəcəklər
Bakı, 24 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa İttifaqı və UNİCEF ilə birgə yeni layihəyə başlayır.
ARGTMŞ-dən AZƏRTAC-a bildirmişlər ki, iki mərhələdən ibarət olan layihədə Azərbaycanın şəhər və rayonlarından 10 min gəncin iştirakı nəzərdə tutulur.
Cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin ekoloji problemlərə diqqətini artırmağa yönəlmiş layihənin birinci mərhələsi dekabr ayınadək davam edəcəkdir. Bu dövr ərzində Avropa ölkələrinə ezam olunan gənclər ətraf mühitin qorunmasında həmin ölkələrin təcrübəsini öyrənəcəklər.
Sonra isə hər rayondan 25 gənc üçün keçiriləcək təlimlərdə onlara ətraf mühitin qorunması ilə bağlı yeniliklər öyrədiləcəkdir. Növbəti mərhələdə gənclər təmsil etdikləri regionlarda mənimsədikləri bilik və bacarıqları tətbiq edəcək və bununla da ətraf mühitin mühafizəsinə öz töhfələrini vermiş olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]