Azərbaycan millisinin Portuqaliya ilə cavab oyunu niderlandlı hakimlərə tapşırılıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 29-da Vizela şəhərində reallaşacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Şona Şukrulaya Martina Boyer və Eşli de Haan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yuilan van Es yerinə yetirəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun rəqibin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]