İDMAN
Azərbaycan taekvondoçuları Gimnaziadaya 2 medalla start veriblər
Manama, 28 oktyabr, Aynur Əlixanlı, AZƏRTAC
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında taekvondo yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki idmançısı fəxri kürsüyə qalxıb.
Oğlanların mübarizəsində Elcan Əliyev (78 kiloqram) finalda iranlı rəqibinə məğlub olaraq gümüş medal qazanıb.
Qızlar arasında isə Seyidxanım Məmmədova (52 kiloqram) bürünc mükafata layiq görülüb.
Oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən 18 yaşadək olan 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.