Azərbaycan Turizm İnstitutunun qəbul planında dəyişiklik edilmişdir
Bakı, 2 avqust (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) 2012-2013-cü il üçün qəbul planında dəyişiklik edilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, Nazirlər Kabinetinin qərarı ilə ayrı-ayrı ixtisaslar üzrə tələbə qəbulu planı artırılmışdır. Bu, əsasən turizm və otelçilik ixtisasına aiddir. Bu ixtisasa əlavə 50 nəfər tələbə qəbulu nəzərdə tutulur. Menecment və muzeyşünaslıq ixtisaslarına 6, marketinq ixtisasına isə 4 nəfər əlavə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.
Adları çəkilən ixtisaslar üzrə qəbul planının artırılmasının səbəbi həmin sahələr üzrə ixtisaslı kadrlara tələbatın çox olması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]