AZƏRBAYCAN YAZIÇILARI XOCALI SOYQIRIMINI TÖRƏDƏNLƏRİ LƏNƏTLƏMİŞLƏR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanda Atatürk Mərkəzində yazıçıların, elm və incəsənət xadimlərinin iştirakı ilə Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Qafqaz Media İctimai Birliyinin (QM İB) təşkilatçılığı ilə keçirilən tədbirdə şair Nurəngiz Günün öz ifasında səsləndirilmiş “Xocalı” poemasının videoyazısı həyəcanla izlənilmişdir.
Milli Məclisin deputatı Jalə Əliyeva, QM İB-nin sədri Azadə Taleh, “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri Fəridə Ləman, yazıçı-publisist Salatın Əhmədli, xalq artisti Zümrüd Məmmədova, əməkdar artist Ruhəngiz Allahverdiyeva, yurd-yuvasından zorla didərgin salınmış şairə Aləmzar Sadıqqızı Xocalı soyqırımının dünyaya tanıdılmasının bütün qələm sahiblərinin borcu olduğunu söyləmişlər.
Tədbirdə Larisa Tarusovanın quruluşunda “Günay” uşaq teatrı şairə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşasını nümayiş etdirmişdir.
Sonda tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abibə kompleksini ziyarət etmiş, önünə tər güllər düzmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]