Azərbaycana gələn xarici turistlərin sayı ilbəil artmaqdadır
Bakı, 3 avqust (AZƏRTAC). Azərbaycana gələn xarici vətəndaşların və turistlərin sayı ilbəil artmaqdadır. Ötən il Azərbaycan ilk dəfə iki milyondan çox, yəni 2 milyon 239 min nəfər əcnəbi qəbul etmişdir. Bu, 2010-cu illə müqayisədə 14 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir.
Nazir bildirmişdir ki, beş il əvvəl ölkəmizdə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idi. Təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilmişdir
Ə. Qarayev demişdir ki, hazırda ölkə ərazisində 45 mehmanxana inşa edilir və 170-dən çox turizm şirkəti fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]