Azərbaycanda mehmanxanalara və turizm şirkətlərinə lisenziya internet vasitəsilə veriləcəkdir
Bakı, 5 avqust (AZƏRTAC). Cari ilin sentyabrından mehmanxanalara və turizm şirkətlərinə lisenziyaların verilməsi internet vasitəsilə aparılacaqdır. Ümid edirəm ki, internet vasitəsilə lisenziyalaşdırma daha rahat və məqsədəuyğun olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir.
Bildirilmişdir ki, nazirlik tərəfindən qaydalara uyğun olaraq lisenziyalara baxılması davam etdirilir. Hazırda ölkədə 178 turizm şirkəti, 500-dən artıq mehmanxana və buna bənzər turizm obyektləri mövcuddur. Bu vaxtadək 400-ə yaxın mehmanxanaya lisenziya verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]