Azərbaycanın internet saytı beynəlxalq mükafata layiq görülmüşdür
Bakı, 2 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın “CNN” telekanalı arasında əməkdaşlıq çərçivəsində yaradılmış, Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlar üçün ölkəmizin turizm infrastrukturu, mətbəxi, əl sənətkarlığı və turizm bölgələri haqqında dolğun məlumatların əks olunduğu “www.atoz.az” (Azerbaijan from A to Z) internet saytı Beynəlxalq Rəqəmsal Mədəniyyət və Elmlər Akademiyasının mütəxəssislərinin səsverməsinə əsasən, “Səyahət və turizm” kateqoriyasında “Qızıl mükafat”a layiq görülmüşdür.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Avropanın 20-dən çox ölkəsində istifadəçi sayına görə qalib olan saytda istifadəçilər öz turizm marşrutlarını xəritədə görə, həmçinin Twitter və Facebook sosial şəbəkələri vasitəsilə paylaşa bilərlər.
Mədəniyyət və Turizm Nazirliyi ilə “CNN” telekanalı arasında bağlanmış uzunmüddətli müqaviləyə əsasən, həmin telekanalda Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar yayımlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]