Azərbaycanın milli parklarının ekoturizm marşrutlarını əks etdirən yeni kitab nəşr olunub
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycanın milli parklarının ekoturizm marşrutlarını və nadir təbiət mənzərələrini əks etdirən Azərbaycan və ingilis dillərində yeni kitab nəşr edilib. Kitabda ilk dəfə olaraq Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova dekabrın 30-da keçirilən mətbuat konfransında deyib.
Nazirliyin sözçüsü bildirib ki, turistlər üçün yol göstəricisi sayılan və ərazi haqqında əvvəlcədən məlumatlanmaq imkanı yaradan kitabda ekoturizm marşrutlarının məsafəsi, marşrut üzərindəki xidmət məntəqələri və yaxınlıqdakı müxtəlif obyektlər barədə məlumat verilib.