AZƏRBAYCANLILARA QARŞI TÖRƏDİLMİŞ SOYQIRIMI CİNAYƏTLƏRİ UNUDULMUR
Bakı, 30 mart (AZƏRTAC). Ombudsman Aparatının təşkilatçılığı ilə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin liderlik məktəbində 31 Mart - Azərbaycanlıların soyqırımı günü qeyd edilmişdir.
Ombudsman Elmira Süleymanova erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri məqsədyönlü soyqırımı və deportasiya siyasətinin xalqımızın tarixinə ağrılı səhifələr kimi daxil olduğunu vurğulamış, soydaşlarımızın başına gətirilmiş faciələr haqqında məlumat vemişdir. Qeyd olunmuşdur ki, ermənilər tərəfindən doğma torpaqlarından qovulmuş soydaşlarımızın insan hüquqları kütləvi surətdə kobudcasına pozulmuş, onlar qeyri-insani rəftarla etnik təmizləməyə məruz qalmışlar.
AMEA-nın şöbə müdiri İsrafil Məmmədov 31 Mart - Azərbaycanlıların soyqırımı hadisələrinin tədqiqatçısı kimi 1918-ci ildə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində törədilmiş kütləvi qətllər, talanlar və digər vandalizm aktları barədə danışmış, bu cinayətlərin səbəb və məqsədlərini açıqlamışdır.
Tədbirdə uşaq və gənclərin çoxsaylı sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]