Bakı Fond Birjasının əməkdaşları Balaxanı qəsəbəsində ağac əkiblər
Bakı, 17 aprel, AZƏRTAC
"Bakı Fond Birjası" QSC-nin (BFB) təşəbbüsü və həyata keçirdiyi korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Bakının Balaxanı qəsəbəsində "Təmiz Şəhər" ASC-nin dəstəyi ilə ağacəkmə aksiyası təşkil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, "Təmiz Şəhər" ASC-nin əməkdaşları bu təşəbbüsü yüksək qiymətləndirib, şirkətin fəaliyyəti barədə geniş məlumat verib və ətraf mühitin mühafizəsi sahəsində gördükləri işlərdən danışıblar.
Aksiyada iştirak edən BFB əməkdaşları "Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi" zavodunun ərazisində 30-dan çox ağac əkiblər.
Qeyd edək ki, bu aksiya ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, ərazilərin gözəlləşməsi istiqamətində dövlət tərəfindən keçirilən tədbirlərə BFB-nin kiçik bir töhfəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]