MƏDƏNİYYƏT
Bakı Şopinq Festivalı AITF-2017 sərgisində iştirak edir
Bakı, 6 aprel, AZƏRTAC
Paytaxtımızda açılan Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə Bakı Şopinq Festivalı da qatılıb.
AZƏRTAC xəbər verir ki, aprelin 8-dək davam edəcək sərgidə önəmli görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin bağlanması, yeni istiqamət və proqramların elan edilməsi gözlənilir.
Ölkəmizdə ilk dəfə aprelin 10-dan mayın 10-dək keçiriləcək Bakı Şopinq Festivalının da bu önəmli sərgidə iştirakı böyük əhəmiyyət daşıyır. Belə ki, Bakı Şopinq Festivalının stendini ziyarət edənlər festivalda iştirakla bağlı ətraflı məlumat alacaq, iştirakçı sahibkar qismində qoşulmaqla bağlı müraciət ərizəsini doldurmaq imkanından yararlanacaq, habelə, festivala qoşulmuş digər mağaza və obyektlər haqda məlumat almaqla yanaşı, Azərbaycan vətəndaşlarına və xarici ölkə vətəndaşlarına ƏDV-nin (Baku Shopping Festival - Tax Free) qaytarılması sisteminin necə işləməsini öyrənəcəklər.