Bakıda turizm statistikası üzrə regional seminar keçiriləcəkdir
Bakı, 11 avqust (AZƏRTAC). Azərbaycanda turizm sahəsi üzrə statistik məlumatların toplanması sistemi və metodologiyasının təkmilləşdirilməsi məqsədi ilə bu ilin noyabrında Bakıda Dünya Turizm Təşkilatının (DTT) ekspertlərinin iştirakı ilə regional seminarın 3-cü mərhələsinə başlanacaqdır.
Bu barədə AZƏRTAC-a Bakıda keçirilən “İpək Yolunun dadı: kulinariya, mədəniyyət və turizm” beynəlxalq konfransda iştirak edən DTT-nin şöbə müdiri Alla Peresolova məlumat vermişdir.
Onun sözlərinə görə, tədbir statistik məlumatların toplanılması sisteminin təkmilləşdirilməsi nəticəsində daha dəqiq hesablamaların aparılması məqsədi ilə keçirilir. Bunun üçün xarici ölkələrin təcrübəsindən də istifadə edilir. Seminarlarda region ölkələrindən də nümayəndələr iştirak edir.
A.Peresolova qeyd etmişdir ki, Azərbaycan DTT ilə çox geniş əməkdaşlıq edir. Biz bu tipli seminarları bir çox ölkələrdə təşkil etmişik. Cənubi Qafqaz regionunda da seminarların Azərbaycanda keçirilməsinin səbəbi ölkənizin bunun üçün bütün şərtlərə cavab verməsidir. Azərbaycanın əməkdaşlığımız gələcəkdə daha geniş müstəvidə davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]