Batumidə Azərbaycanın sərmayəsi ilə inşa ediləcək yeni mehmanxananın təməli qoyulmuşdur
Tbilisi, 30 iyul (AZƏRTAC). Azərbaycan tərəfinin sərmayə yatırımı ilə Cürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində daha bir beşulduzlu mehmanxananın tikintisinin təməlqoyma mərasimi keçirilmişdir.
“London” adlanacaq həmin mehmanxana eyni adla Batumi şəhərində əvvəllər də olmuşdur, lakin istismar müddəti başa çatdığından o uçurulmuşdur. Həmin mehmanxananın yerində Naxçıvan Muxtar Respublikasının investisiya dəstəyi ilə yeni beşulduzlu “London” mehmanxanası tikilib istifadəyə veriləcəkdir.
Mehmanxanın təməlqoyma mərasimində Naxçıvan şəhərinin meri Vüqar Səfərov, Azərbaycan Respublikasının Batumidəki baş konsulu Hüseyn Nəcəfov, Batumi şəhərinin meri Robert Çxaidze, Acarıstan Muxtar Respublikasının iqtisadiyyat naziri Zaur Bolkvadze və digər rəsmi şəxslər iştirak etmişlər.
Azərbaycanın “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin Batumi şəhərində həyata keçirdiyi layihəyə əsasən, mehmanxanada 60 nömrə olacaq və onun tikintisinə 10 milyon dollar vəsait xərclənəcəkdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]