BƏƏ-də turistlərə 12 dildə hazırlanmış yaddaş kitabçası paylayacaqdır
Bakı, 21 iyul (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərinin (BƏM) rəhbərliyi Ramazan bayramında turistlərin davranışını nəzarət altına almaq məqsədilə onlara 12 dildə hazırlanmış yaddaş kitabçası paylayacaqdır. Kitabçaları Əbu-Dabi hava limanında və mehmanxanalarında əldə etmək mümkün olacaqdır.
Yaddaş kitabçası BƏƏ-də turistlərin təhlükəsizliyini təmin etmək və onları bəzi davranışlar üçün müəyyən edilmiş gözlənilməz cərimələrdən qorumaq məqsədilə hazırlanmışdır.
Ölkədə turistlərə Ramazan bayramı zamanı yemək yeməmək, spirtli və spirtsiz içkilərdən istifadə etməmək, eləcə də ictimai yerlərdə siqaret çəkməmək haqqında xəbərdarlıq edilmişdir.
Kitabçada qeyd edilmiş davranış qaydaları turistə aydın olmadıqda, o, çəkinmədən polisə müraciət edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]