Bəzi dağlıq ərazilərdə 18°-dək şaxta olacaq
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti olacaq.
Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.