Cari ilin altı ayında Masallıya 7 mindən çox turist gəlmişdir
Bakı, 10 avqust (AZƏRTAC). Masallı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın füsunkar guşələrindən biridir. Rayonun bir tərəfi Talış dağları və meşələri, bir tərəfi isə Xəzər dənizi ilə əhatə olunmuşdur. Bütün bunlar Masallıda turizmin inkişafı üçün gözəl zəmin yaratmışdır.
AZƏRTAC xəbər verir ki, bölgədə ümumilikdə 1016 yeri olan 31 turist obyekti fəaliyyət göstərir. Obyektlərdən 26-sı Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında işləyir. 2011-ci ildə rayona 16465 turist gəlmişdir ki, onların da 675 nəfəri əcnəbilər olmuşdur. Cari ilin ilk altı ayında isə Masallıya 7157 turist, o cümlədən 307 nəfər xarici ölkə vətəndaşı gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]