Dekabrın 13-ü bir milyardıncı turistin səyahət günü kimi tarixə düşəcəkdir
Bakı, 26 noyabr (AZƏRTAC). Dekabrın 13-ü Dünya Turizm Təşkilatı tərəfindən əlamətdar gün kimi qeyd ediləcəkdir. Həmin gün turizmlə bağlı müxtəlif genişmiqyaslı tədbirlərlə yadda qalacaqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun baş katibi Taleb Rifai İstanbulda keçirilən “Şəhər turizmi üzrə zirvə toplantısı: iqtisadi və sosial inkişafın sürətləndirilməsi” mövzusunda Beynəlxalq sammitdə bildirmişdir.
Baş katib demişdir ki, 2012-ci il dekabrın 13-ü dünyada 1 milyardıncı insanın səyahət günü kimi tarixə düşəcəkdir. Bunun simvolik rəqəm olduğunu deyən T.Rifainin sözlərinə görə, Dünya Turizm Təşkilatı ekspertlərinin hesablamalarına görə, bu il dünyada 1 milyard insan turist kimi səyahət edəcəkdir. Artıq əldə edilən rəqəmlər də bunu deməyə əsas verir. Cari ilin ilk 6 ayı ərzində dünyada, xüsusilə Avropa ölkələrində tüğyan edən maliyyə böhranına baxmayaraq, turizm sahəsində 5,2 faiz artım müşahidə olunmuşdur. Bu da cari ilin dekabrınadək dünyada səyahət edən insanların sayının 1 milyard nəfərə çatmasına ümid verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]