Dəmir yolunun təhkim zolağında yaşıllaşdırma tədbirləri genişləndiriləcəkdir
Bakı, 25 noyabr (AZƏRTAC). “Ekologiya ili” çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) bir sıra tədbirlər həyata keçirilir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, bu istiqamətdə qurumun sədri Arif Əsgərov “Sağlam ətraf mühit, təmiz hava, təmiz su” müsabiqəsinin keçirilməsi haqqında əmr imzalamış və cəmiyyətin ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunmasına dair tədbirlər proqramını təsdiq etmişdir.
Cəmiyyət tərəfindən yaz əkini mövsümündə 22 min ağac əkilmiş, payız əkini kampaniyasında da dəmir yolunun təhkim zolağında yaşıllaşdırma tədbirlərini daha da genişləndirmək nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]