Dubayda dünyanın ən hündür mehmanxanalarından biri inşa ediləcəkdir
Bakı, 30 iyul (AZƏRTAC). Cari ilin ikinci yarısından Dubayda yeni mehmanxanaların tikiləcəyi planlaşdırılır.
Layihəyə əsasən “JW Marriott Marquis” oteli dünyanın ən hündür oteli olacaqdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Şeyx Zaid şosesinin əsas magistralında yerləşəcək otel 355 metr hündürlüyündə olacaqdır. Şəhərin mehmanxana layihələri bununla yekunlaşmır.
Cari ilin birinci rübündə ölkəyə gələn turistlərin sayı 2,6 milyona çatmışdır. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur. Turist axınının artması Əmirliyin turizm sənayesinə müsbət təsir göstərmiş və böyük layihələrin hazırlanmasına, eləcə də reallaşmasına şərait yaratmışdır. Əldə olunan vəsait nəticəsində şəhərdə “Four Seasons Dubai” mehmanxanasının, St.Regis kompleksinin yaradılacağı planlaşdırılır.
Dubay Azərbaycan turistləri üçün də maraqlı bir məkandır və hər il minlərlə soydaşımız bu ölkəyə səfər edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]