Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əgər söhbət Heydər Əliyevdən gedirsə...

Əgər söhbət Heydər Əliyevdən gedirsə...

Bakı, 8 may, AZƏRTAC

Biz öz doğmalarımızı, illah da həyatımızda dərin izlərini buraxaraq bizə doğru yol göstərmiş şəxsiyyətləri, həyatda əldə etdiyimiz bütün uğurlarımıza görə minnətdar olduğumuz parlaq simaları nə zaman xatırlayırıq? Yalnız doğum və anım günlərindəmi? Əsla! Onlar hər zaman bizimlədirlər. Onlar bizim düşüncələrimizdə, genetik yaddaşımızda elə möhkəmləniblər ki, hətta həyatda olmasalar belə yenə zəkamızı nurlandırırlar. Biz onların göstərdikləri doğru yolla inamla irəlilədikcə əbədi minnətdarlıq hissi qəlbimizi tərk etmir.

Tanınmış aparıcı-jurnalist Lalə Azərtaş Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı yazdığı və AZƏRTAC-a təqdim etdiyi məqalə bu sözlərlə başlayır. Ümummilli Lider haqqında xatirələrini qələmə alan jurnalist yazır:

“Bizə doğru yolu nişan vermiş parlaq simalar əldə etdiyimiz bütün uğurların müəllifləridir və onları yada salmaq bir qədirbilənlik duyğusudur. Onlar bünövrədir, dayaqdır, istinad yerimizdir, onlar yaddaşımızın ən önəmli guşəsində dayanırlar. Biz hər dəfə yaddaşımıza boylandıqca onları xatırlayırıq, onlarsız uğurlarla dolu bu qədər yolu qət edəcəyimiz inanılmaz görünür. Əgər söhbət yalnız bir fərdin qəlbini işıqlandıran şəxsiyyətdən deyil, bütün xalqın yaddaşında əbədi həkk olmuş, ona xilas və tərəqqi yolunu göstərmiş siyasi xadimdən gedirsə, bu artıq ictimai şüurun ən yüksək mərhələsidir. Əgər söhbət xalqını tarixin ən çətin sınaqlarından şərəf və qürurla çıxarmış, müstəqil dövlətimizin memarı olan Ümummilli Liderimiz Heydər Əliyevdən gedirsə, onda hər bir vətəndaşımızın bildiyi və fərəhlə anladacağı bir uğur hekayəsi var. Çünki hər bir azərbaycanlının ürəyinə Heydər Əliyev doğmalığı hakimdir. Hər bir azərbaycanlı kimi mən də öz yaddaşıma boylanaraq Ulu Öndərimizin xatirəmdə möhkəmlənmiş dolğun obrazını bir yazıda anlatmağa çalışacağam.

... “Diqqət Heydər Əliyev danışır”, - evimizdə hər kəs televizora diqqət kəsilir. SSRİ-nin mərkəzi televiziyasından Heydər Əliyevin çıxışını verirlər. Mən təzə-təzə orta məktəbə gedirəm, evdəkilərin marağı istər-istəməz mənə də sirayət edir. Efirdə göstərilən yad adamların arasından tribunada çıxış edən şəxsiyyətin müdrik siması tədricən yaddaşıma hopur, doğmalaşır.

... “Diqqət Heydər Əliyev danışır”, - evimizdə yenə hər kəs televizora diqqət kəsilib. Bu dəfə yenicə müstəqilliyini bərpa etmiş ölkəmin televiziyasına baxırıq. İstiqlalını elan edən kimi qarşıdurmaların, vətəndaş müharibəsinin cənginə düşmüş Vətənimin ağır günləridir. Tribunada yenə də doğma adamı görürəm, bu dəfə qayğılı, nigaran, lakin həmişəki kimi qətiyyət və cəsarətlə. Parçalanmaq, yox olmaq təhlükəsi ilə üz-üzə dayanmış xalqım onun yolunu gözləyirdi, onun qayıdışı günü qurbanlar kəsirdi, qurtuluşuna qovuşurdu...

... “Diqqət Heydər Əliyev danışır”, - bu dəfə evimizdə televizorun qarşısında deyilik, gecə yarı onun bir çağırışı ilə “Azadlıq” meydanındayıq. Bütün xalq ayaqdadır! Hamı - böyükdən kiçiyə müdrik rəhbərinin səsinə səs verərək dövlətimizi yenidən parçalamaq, məhv etmək istəyən qüvvələrə qarşı sinəsini sipər edib.

Bundan sonra yaddaşımda yer eləmiş parlaq günlərdir, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmin uğurlarıdır. “Gülüstan” Sarayı-“Əsrin Müqaviləsi” imzalanır. Ulu Öndər qurduğu dövlətin bünövrəsini möhkəmləndirən, XX əsrin siyasi tarixindən qırmızı xətt kimi keçəcək müqaviləni imzalayır.

İlk dəfə artıq bir vətəndaş kimi borcumu yerinə yetirmək üçün səsverməyə getməyim və fəxrlə öz səsimi Ulu Öndərə verdiyim gün də yaddaşımda yer etmiş, qürurla xatırladığım anların ən fərəhlisidir.

Ulu Öndər müxtəlif güclərin siyasi və iqtisadi maraqlarının toqquşduğu mürəkkəb coğrafiyada yalnız müstəqil dövlət yaratmadı, gələcək qələbələrin şahidinə çevriləcək müasir və özünüdərk etmiş yetkin bir xalq formalaşdırdı. O, hələ sovet qorxusunun hakim olduğu dövrdə üçrəngli müqəddəs bayrağı dövlət atributu kimi qəbul etdirdi. Naxçıvanda rəsmi status qazanmış bayrağımız az sonra yeni yaranmış dövlətin əbədi atributuna çevrildi. Xalqın yaddaşında Heydər Əliyev bayraq qədər doğma və müqəddəs statusa malik qurucu şəxsiyyətdir. Onun vətən tarixindəki yeri barədə mülahizə yürütmək elə vətənin özü barəsində danışmaq deməkdir. Gücünü xalqın birliyindən, həmrəyliyindən alan Heydər Əliyev ideyaları daim müasir və aktualdır.

“Mən İlham Əliyevə özüm qədər inanıram” deyən Ulu Öndər müasir Azərbaycanın memarı olmaqla yanaşı otuz ilə qədər davam etmiş işğala son qoyan müqəddəs zəfərimizin də müəllifidir. Ulu Öndərin inandığı siyasi Liderin Dəmir Yumruğu ətrafında birləşən xalq tarixi missiyasını yerinə yetirdi. Müzəffər Ali Baş Komandanımız Şuşanın azad olunması haqqında müjdəni paylaşarkən “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” söyləməklə müstəqil Azərbaycan dövlətçiliyində varislik missiyasını şərəflə yerinə yetirdiyini bəyan etmiş oldu.

Heydər Əliyevin dolğun və möhtəşəm obrazının bir Azərbaycan övladının yaddaşında yer eləmiş təəssüratı yalnız bununla bitmir. Doğma vətənimiz tarixi qələbələrə doğru irəlilədikcə bütün uğurlarımızın bünövrəsində dayanmış Heydər Əliyev ideyaları da inkişaf edir, müasirləşir və hər bir azərbaycanlının qəlbində öz əzəmətli yerini daha da möhkəmləndirmiş olur. Bu baxımdan, əgər söhbət Heydər Əliyevdən gedirsə, biz heç vaxt keçmiş zamanda danışmırıq. İnsanın öz vətəni haqqında keçmiş zamanda danışmasını təsəvvür etmək belə mümkün deyil. Qədirbilən xalqımız və dövlətimiz var olduqca Heydər Əliyev bizimlə olacaq və yaddaşımızda öz əzəmətini qorumaqda davam edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq