“Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilib
Bakı, 1 may, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın “Ətraf mühitin mühafizəsi”nin 2017-ci il üçün “Tədbirlər planı”na uyğun olaraq, aprelin 1-dən başlayaraq hər həftənin şənbə günü “Ekol Mühəndislik Xidmətləri” QSC-də iməciliklər təşkil olunur. Növbəti iməcilikdə QSC-nin kollektivinin çoxlu sayda üzvü iştirak edib.
İməcilikdə QSC-nin (Heydər Əliyev adına NEZ-nun 9-cu sahəsi) istehsalat sahələrindəki mexaniki təmizləyici qurğuların ətrafındakı sahələr alaq otlarından təmizlənib və sahədən kənarlaşdırılıb. Eyni zamanda, istehsalat sahələrindəki yaşıllıqlara mövsümü qulluq göstərilib, ərazilərdə kifayət qədər təmizlik və abadlıq işləri yerinə yetirilib.
İməcilik QSC-nin bütün istehsalat sahələrini, o cümlədən xidmət göstərdiyi SOCAR-ın Qaz Emalı Zavodu, Ekologiya İdarəsinin Tullantıların Mərkəzi və “Azneft” İB-nin “BibiHeybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin (NQÇİ) ərazilərini əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]