ƏMƏK MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclisin sentyabrın 3-də keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə bəzi əlavələr edilməsi barədə qanun layihəsi müzakirə olunmuşdur.
Parlamentin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, ölkəmiz bu ilin əvvəllərində Avropa Sosial Xartiyasına qoşulandan sonra bir sıra qanunlara, eləcə də Əmək Məcəlləsinə əlavələr edilməsi zərurəti yaranmışdır. Məcəlləyə təklif olunan əlavələr vətəndaşların sosial hüquqlarının qorunmasına xidmət edir.
Məcəlləyə təklif olunan əlavələr təsdiq edildikdən sonra deputatlar “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklik etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]