Emiliya Bayramova: Biz gənclər Xocalı həqiqətlərini dünyada geniş yaymaq üçün fasiləsiz mübarizə aparmalıyıq
Bakı, 26 fevral, AZƏRTAC
Düz 29 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri Xocalı əhalisinə qarşı misli görülməmiş soyqırımı törədiblər. Bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülüb və əsir götürülüb, şəhər yerlə-yeksan edilib. Xocalı soyqırımı bəşəriyyət əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir.
Bu fikirləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, əsrin sonunda törədilmiş bu faciə, sadəcə, Azərbaycan əhalisinə qarşı deyil, insanlıq əleyhinə ən qanlı cinayətlərdən biridir. Bu dəhşətli soyqırımı aktına beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan genişmiqyaslı fəaliyyət həyata keçirib və bu iş davam etdirilir. Nəticədə bir çox beynəlxalq təşkilat və dünyanın bir neçə ölkəsinin parlamentləri Xocalı soyqırımını tanıyan qərarlar qəbul ediblər. Gənclərimiz də Xocalı qətliamı barədə dünya ictimaiyyətinin məlumatlandırılması işində fəal iştirak edirlər. Biz gənclər Xocalı həqiqətlərini dünyada geniş yaymaq üçün mübarizəmizi yorulmadan davam etdirməliyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]