“Evdə tək” filminin aktyoru Hollivudun “Şöhrət xiyabanı”nda ulduz alacaq
Bakı, 18 noyabr, AZƏRTAC
“Evdə tək” filminin seriyalarında baş rolun ifaçısı, aktyor Makoley Kalkin Hollivudun “Şərəf xiyabanı”nda ulduza sahib olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yahoo News” yazıb.
Aktyor xiyabanda sayca 2675-ci ulduza layiq görüləcək. Təqdimat mərasimi dekabrın 1-nə təyin olunub. 43 yaşlı Kalkin 1990 və 1992-cü illərdə ekranlara çıxan “Evdə tək” seriyasından iki filmdə Kevin Makkalister rolu ilə məşhurdur.
Qeyd olunub ki, mərasimdə aktyoru dəstəkləməyə məşhur komediyada qəhrəmanın anasını canlandıran aktrisa Ketrin O’Hara, eləcə də aktrisa Nataşa Lionn gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]